İslam dinində düzgünlük Təkiyyə “üstünü örtmə” və İnkar konseptlərindən istifadə etməklə nüfuzdan salınan bir məziyyətdir.
Təhkiyənin məğzi İslamın irəli getməsi və onun etibarının qorunub saxlanılması üçün başqalarına yalan danışmağa imkan verməkdən ibarətdir.
Tələb yaranarsa, təkiyyə təhlükə zamanı hətta dinin bütünlüklə danılması da daxil olmaqla, az qala bütün dini tələblərin və doktrinaların yerinə yetirilməsinin dayandırılmasına, yol verir və bu 16.106 surəsində təsdiq edilmişdir.
Buraya həmçinin andların verilməsi və Müsəlman debatçıların dinlərini müdafiə edərkən Quranın müəyyən hissələrinin gizlətməsi də aiddir.
Bundan başqa, bu aldadıcı məziyyətlərdən dolayı mənim bəzi Müsəlman dostlarım başlıca Xristianlıq doktrinalarını düzgün anlamırlar.
Təkiyyədən əlavə inkar etmə doktrinası da mövcuddur ki, bu üsula əsasən, Quranda əvvəl ortaya çıxarılan aşkarlamalar inkar edilərək, yeniləri ilə əvəz edilir. Əgər Quran həqiqətən də əbədi sözün daşıyıcısıdırsa, o necə dəyişdirilə bilər? Bundan əlavə, həmin inkar edilən surələr tez-tez sitat gətirilir, qaranlığa və ikimənalılığa səbəb olur ki, bu da Təkiyyənin bir hissəsidir. Beləliklə də, şəxs müzakirə zamanı hər iki şərhdən öz məqsədlərinə uyğun şəkildə istifadə edə bilər.
Əgər belə üsullar tətbiq edilirsə, necə bir səmimi Müsəlman ibadətçi ona doğru deyildiyinə əmin olur? Və onlar necə Xristianlığın yanlış olduğuna belə əmindirlər? Əgər Quran surələri də ikili şərh edilirsə, onda onların İncilin təhrif edilməsində günahlandırılan Xristian və Yəhudilərdən fərqi nədir? (“Təhrif”) Maraqlısı burasındadır ki, Surələr ilk olaraq İncil və Tövratı təsdiq edirdi, amma sonralar onları inkar etməyə başladı, baxmayaraq ki, İncildəki yazılara bu mövzuda dəyişikliklər edilməmişdir. Beləliklə, onlar başlanğıcdan doğru ya da yanlış olsalar da onların dəyişilməsi və əvəz edilməsi mümkün deyil, çünki İslamdan daha qədim tarixə malik minlərlə biri-biri ilə əlaqəli İncil yazıları bizim hazırki tərcümələrimizlə uyğunluq təşkil edir. Buraya həmçinin islama qədərki qədim kilsə xadimlərinin İncilə əsaslanaraq qələmə aldıqları yazılar da daxildir ki, bu yazılar sərbəst şəkildə və bütünlüklə İslamdan öncə ortaya çıxan İncildən parçaları əvəz edirlər. Bundan başqa onu da qeyd etmək lazımdır ki, fərqli qruplar olan Xristianlar və Yəhudilər Tənah və ya Tövratın dəyişdirilməsində əməkdaşlıq etmişlər və bu qədim yazılar hər iki qrupun tarixində demək olaraq ki, məzmununu dəyişməyərək qalmışdır. Mən bu mövzuda aşağıdakı internet saytında məqalə yazmışam:
jesusandjews.com/wordpress/2010/02/03/is-the-bible-reliable/
Və son olaraq, əgər siz hələ də bu inancın tərəfdarısınızsa, o zaman deyə bilərsinizmi, kim qədim yazıları dəyişmişdir və bu nə zaman edilmişdir? İslami fikirlərdən başqa bunun doğruluğunu sübut edən hansı başqa dəlilləriniz var?
Beləliklə, bu nəticəyə gəlirik ki, Təkiyyə “üstünü örtmə” və İnkar konseptləri təhrif edilmiş inanc sisteminə arxalanaraq, Tanrının və həqiqi dinin yanlış təqdim edilməsinə gətirib çıxarır.
Və Nəhayət, siz öz ruhunuzu və mənəviyyatınızı ikili standartlar tətbiq edən dünya görüşünə etiqad etmək istəyirsinizmi?
Tanrıyla necə münasibət qurmaq lazımdır
Müsəlmanlar və İslam mənbələri
Beyond Opinion, Sam Soloman Ch.4, Copyright 2007, published in Nashville Tennessee, by Thomas Nelson