Mənim İsa Məsih haqqında şəxsi etirafım

Salam. Mənim adım Robdur və mən ABŞ-ın Texas ştatındanam. Özüm haqqında sizə bir neçə kəlmə yazmaq istəyirəm. Adətən, mən sözə Tanrıya inancımı etiraf etməklə başlayıram, çünki bu mənim üçün böyük əhəmiyyət kəsb edir. Təxminən iyirmi il bundan əvvəl həyatımda boşluq yaşadığım bir dönəmdə idim. İsaya iman gətirdikdən sonra isə O mənim mənəviyyatımı öz işığı ilə doldurdu və indi mən bu dünyanın mənə verdiyindən də daha artıq sevgi, sevinc və sülh içində yaşayıram. O, mənim həyatımın mənasına çevrildi.

Əgər mən bu reallığı dərk etməsəydim, mən çoxdan ruhdan düşərdim və başqa inanclarda sığınacaq axtarardım. Mənim həyatımı dəyişən İsa Məsihlə şəxsi əlaqə yaratmağım oldu və bu münasibət din/fəlsəfə hüdudlarından çox daha kənara çıxır. Bu münasibətdə həqiqətən hiss edilən və duyulan şeylər var. Mən öz inancımda həqiqətən dönüş nöqtəsinə çatdım və O, mənim mahiyyətimi, davranışımı, düşüncə tərzimi və inancımı əbədi olaraq dəyişdi. Mən tamamilə yeni bir insana çevrildim və şübhəsiz ki, bu dəyişiklik hər kəs tərəfindən aydın görüldü. Mən sanki yenidən dünyaya gəldim və mən dərk edirəm ki, bu sadəcə bir kilsə təcrübəsi olmadı. Mən İsanın yeni əsəri oldum. Həyatımdakı bəzi dəyişikliklər proqressiv oldu, bəziləri isə ani və bir gecədə baş verdi. Tanrı məni öhdəsindən gələ bilməyəcəyim çətinliklərdən çıxmağa yardım etdi. İsa mənə nikotin alışqanlığı və seksual əxlaqsızlıq da daxil olmaqla bir çox mənfi xüsusiyyətlərin öhdəsindən gəlməyə güc verdi. İnancımız sayəsində, mənim həyat yoldaşım böyrək xəstəliyindən, oğlum isə astmadan əziyyət çəkməsindən qurtulmuşdur. Əgər burada mən sizə yalnızca öz fikrimi bildirsəydim, o zaman sadəcə mənim etiraflarımı oxumaq üçün mən sizin dəyərli vaxtınızı almazdım.

Siz mənə inanmaya bilərsiniz və ya səmimiyyətlə mən səmimi olsam da qeyri düzgün mövqedə olduğumu deyə bilərsiniz, amma sizdən xahiş etdiyim təkcə budur ki, Tanrıya İsa haqqında sizə həqiqətləri əyan etməsi üçün səmimi qəlbdən dua edin. İstənilən halda, mənim yazdıqlarımı oxuduğunuz üçün sizə minnətdaram və Tanrıya sizə xeyir dua verməsi üçün dua edirəm.

 

 

 

Tanrıyla necə münasibət qurmaq lazımdır

 

Əlavə linklər

jesusandjews.com/wordpress/my-personal-testimony-with-jesus/

Leave a Reply