Quran müqəddəsdirmi?

Quranın müqəddəsliyini təhlil edərkən, biz onda qeyd edilənlərin həqiqiliyini araşdırmaq üçün bu kitaba bir ədəbiyyat nümunəsi kimi yanaşmalıyıq.

İslamda Qurana elə bir yüksək status verilmişdir ki, həmin kitab  bu dinin nümayəndələri arasında bir səcdə obyektinə çevrilmişdir.

Bundan başqa, İslamın yaranmasına dair iddialar bu müqəddəs yazıda qeyd edilənlərdən daha uzaqlara gedib çıxır. 

Mormonluğu təhlil edərkən, mən onunla İslam adətləri arasında oxşarlıqlara rast gəldim. Mormonlar müqəddəs yazıların qızıl lövhələr üzərində ilahi qüvvənin diktəsi altında yazılmasına inanırlar və bu yazılar transliterasiya üçün saxlanılır.

Bundan başqa, Cozef  Smitin həqiqi dini aşkar etməsi və bunun ona ilahi vəhy vasitəsilə əyan olması iddia edilir.

Lakin bütün bunlara baxmayaraq, “Mormonun Kitabı” da Quran kimi mükəmməl bir sənəd deyil.

Müsəlmanlar iddia edirlər ki, Quran ən gözəl və mükəmməl ədəbiyyat nümunəsidir və İslam dini onun ilahi mənbəyinin daxili vəhy yolu ilə gəldiyini iddia edir.  

Bu iddialar Cozef Smitin Mormon Kitabına da aid edilir və qeyd edilir ki, o, tarix boyu yazılmış ən mükəmməl kitabdır.

Lakin,  bu kitabların hər biri iddia edildiyi kimi mükəmməl deyil. İddia etmək və həqiqətən beləm olmaq tamamilə fərqli anlayışlardır və insan öz həqiqət iddiasını inandırıcı sübutlarla əsaslandırmalıdır.  

Başlanğıc üçün onu qeyd edim ki, Quranın yeganə mənbəyi şəxsiyyəti sual altında olan bir insandır.

Öz vəhylərinin ona əyan olmasının lap başlanğıcında Məhəmmədin özündə belə şübhələr yaranırdı və o, öz ruhi vəziyyətinin sağlam olub olmamasından şübhələnirdi.  O, elə hesab edirdi ki, hər hansı şeytani qüvvə onun ruhunu zəbt etmişdir belə ki, bəzən, vəhylər zamanı onun ağzından köpük daşır və o dəvə kimi nərildəyirdi. Başqa bir sual Allahın həqiqətlərini yazıya alması üçün nə üçün savadsız bir şəxsi seçməsi olmuşdur, üstəlik bu həqiqətlər onun yaşadığı müddətdə bir yerə toplanıla bilmədi.  

Mən bu mövzunun daha geniş müzakirəsini  aşağıdakı linkdəki bloqda sizin diqqətinizə çatdırıram.  

Məhəmməd yalançı Peyğəmbərdirmi?

Quranla əlaqəli başqa bir sual mətnlərin mənşəyidir, belə ki, Quran öz mətnlərini ikinci dərəcəli mənbələrdən götürür. Bu mənbələr İncil və Yəhudi Xristian apokriptik ədəbiyyatı  kimi müxtəlif  nəzəriyyələrdir ki, onlar ilahi mənbələrinin olmadıqlarına görə dini icmalardan xaric edilmişlər. Bu qeyri dəqiq yazılar  Yahudi və Xristian mədəniyyətinin  qalıqlarına aid edilmişlər heç bir zaman ciddi qəbul edilməmişlər.

Bu ədəbiyyatla yanaşı Quran yazılarına Farsların Zərdüşt dininin təsirləri olmuşdur. Onda Allah bu ilahi fikirləri uydurma yerli fikirlər və insan adətlərində necə götürə bilər?

İnsan təxəyyülünün məhsulu və qeyri mükəmməl cəmiyyətlərin belə inkar etdiyi ədəbiyyatın əsasında yaranmış bir yazı ilə  insan necə mükəmməlliyə və möcüzələrə yetişə bilər?

Əgər İslam həqiqətən də ən üstün dindirsə, o zaman niyə o öz unikal mənbəyindən yaranmadı və bunun əvəzinə həmin dövrdə İslam dinin ətrafında olan digər dini hərəkatların mənbələrindən faydalandı? O nə dərəcədə orijinaldır?

Başqa bir sual bu müqəddəs mətnlərin qalıq və davamsız materiallar olan sümük, taxta, dəri, yarpaqlar və daşlar kimi materialların üzərində yazılmasıdır.

Quran həmçinin yanlışlıq xas olan yaddaşın  əsasında qələmə alınmışdır və onun qüsursuzluğunu və tam həqiqiliyini sübut etmək üçün tam və dəqiq yada salma tələb olunur.

Beləliklə də, həqiqətənmi bu kitab bütün “kitabların anası” adlandırılacaq səviyyədə monumental bir əsərdir və ya sadəcə növbəti bir qədim ədəbiyyat nümunəsidir?  

Quranın Məhəmməd Peyğəmbərin həyatı və ya onun ölümündən qısa bir müddət ərzində tamamlandığı haqqında heç bir dəlil yoxdur və əksinə dəlillər göstərir ki, bu kitab Peyğəmbərin vəfatından  sonra 150-200 il ərzində yazılmışdır və onun başa çatdırılması 8 və ya 9-cu əsrə təsadüf edir.

Alimlər bu nəticəyə gəlmişlər ki, Quranda deyilənlər bir insan tərəfindən deyil, iki yüz ərzində bir qrup insan tərəfindən deyilənlər əsasında qələmə alınmışdır.

Quranın ən qədim sürəti  Ma’il-ə 790-cı ilə təsadüf edir, bu da Məhəmməd peyğəmbərin vəfatından 150 il sonradır.

Hətta mövcud olan  ən qədim yazılar belə Məhəmməd Peyğəmbərin vəfatından 100 il sonraya aiddir.   

Bundan başqa, İslam alimləri bunun əksini iddia etsələr də Osman sürətləri artıq mövcud deyil və faktiki olaraq, hazırki mətnlərdə olan Kufi yazısı Osman yazısının məhvindən 150 il sonra ortaya çıxmışdır.

Hesab edilir ki, Ərəb dili Allahın dilidir və əgər Quran həqiqətən də Allah tərəfindən göndərilmişdirsə, onda nə üçün Quranda Akkad, Assuriya, Fars, Suriya, İbri, Yunan, Aramik və Efiopiya kimi qədim dillərin sözlərindən istifadə edilmişdir? 

Əgər Quran doğrudan da həqiqidirsə, onda nə üçün onun  Textus Originalis və ya orijinal mətni qalmamışdır, xüsusilə də əgər tarixdə islamdan da qədim tarixə malik bəzi  yazılar orijinal şəkildə günümüzə gəlib çatmışdırsa?! Əlbəttə ki, Allah öz qüvvəsi ilə müqəddəs mətnini qoruyub saxlaya bilərdi.

Quranın tarixinə gəldikdə isə, qeyd edilir ki, O, Zaid İbn Tabit tərəfindən qələmə alınmışdır və o, Məhəmmədin şəxsi katibi idi. Əbu Bəkrin  göstərişinə əsasən, Zaid Məhəmməd Peyğəmbərin söylədiklərini qələmə almalı idi.

Üçüncü Xəlifə olan Osmanın hökmranlığı dövründə  Quranın standartlaşdırılması üçün cəhd göstərildi və bütün müsəlman icmasına tək bir yeganə mətn təqdim edilməsi qərarına gəlindi və beləliklə də Zaidin yazılarının sürətləri yaradıldı və digər sənədlər yox edildi.

Əgər tək bir nəfər baş səlahiyyətli şəxs idisə və icmanın digər üzvləri Məhəmməd Peyğəmbərin yaxın dostları idilərsə, bu sənədin standart olması iddiası necə irəli sürülə bilər?

İndi bizim əlimizdə əvvəl mövcud olan mətnlərlə yanaşı sürətləri üstələyən sürətlər vardır. Biz necə öyrənə bilərik ki, bu mətnlər həqiqətən də Quranı təmsil edir və Məhəmməd Peyğəmbər həmin mətnlərin məzmunundan xəbərdar idimi?

Bundan başqa əlyazmaların çoxunun məhv edildiyinə görə orijinal mətnin bərpası üçün kifayət qədər material yoxdur.

Zaid, Abdulla İbn Məsud, Əbu Musa və Ubay tərəfindən yaradılmış dörd  yazının arasında uyğunsuzluqların olmasına baxmayaraq, bir şey aydındır ki, bu şəxslərin dördü  də Məhəmməd Peyğəmbərin yaxını olmuşlar.

Abdulla Məsud Məhəmməd Peyğəmbər tərəfindən Quran müəllimi olaraq təyin edilmişdi, Ubay isə peyğəmbərin katibi idi.

Mənim sualım: Peyğəmbərin yanında bu şəxslərdən hansının əlyazması daha etibarlı hesab edilirdi?

Osmanın ən düzgün qəbul etdiyi mətn hansı oldu, çünki başqa icmalar tərəfindən etibarlı qəbul edilən digər əlyazmalar da mövcud idi?

Bundan başqa, Zaid mətni toplayarkən, o, “daş-qalaq etmə” ilə bağlı bəzi fikirləri daxil etməyi unutmuşdu.

Və nəhayət mətni bir araya toplamaq cəhdlərindən sonra, mətn  Kufənin hakimi olan Əl-Həccac tərəfindən baxılması və düzəliş edilməsi üçün təqdim edilmişdi.

O, ilk olaraq mətnlərin 11-nə düzəliş etdi, lakin sonralar onun düzəlişləri  yeddi mətnə qədər azaldıldı.

Bundan sonra son mətnin əsasının götürüldüyü Həfşah mətni Mədinənin hakimi olan Mirvam tərəfindən məhv edilmişdi.

Bundan başqa Quranda İnkar adlanan anlayış mövcuddur ki, bu da mətnlərin təkmilləşdirilməsi və təzadların aradan qaldırılması üçün əvvəlki fikirlərin ləğv edilməsinə yol verir.

Mənə maraqlıdır ki, artıq mükəmməl olmuş bir şeyə necə düzəliş etmək olar? Bu vəhylər 20 illik bir dövrü əhatə edirdi və mədəni standartların yüksəldilməsinə yardım göstərirdi. İnkarların sayının 5-dən  500-ə qədər olduğu deyilir.  Digərləri isə onların sayının 225 olduğunu qeyd edir.  Buradan görünür ki, inkar təlimi həqiqətən də qeyri dəqiqdir, belə ki, neçə sürəyə düzəliş edildiyi heç kimə dəqiq məlum deyil.

Daxili təzadlardan başqa elmi və qrammatik səhvlər də mövcuddur.

Bütün bu uyğunsuzluqlara Quranın yaradılışından 250 il sonra, yəni 9-cu əsrdə ortaya çıxan və sayı artmaqda olan Hədislər də əlavə olunur. 

 600,000 hədisdən cəmi 7,000-i günümüzə qədər gəlib çataraq etibarlı hesab olunur, qalan  99%-nin isə yanlış olduğu qəbul edilmişdir.

Əgər bu hədislərin  99%-i düzgün deyilsə, biz Əl-Buxarı tərəfindən təsdiq edilən 1%-ə necə inana bilərik?

Müsəlmanların dini həmçinin Küssələr adlanan şifahi hekayəçilər tərəfindən də inkişaf etmişdir. Bu hekayəçilərin söylədikləri yalnızca 8-ci əsrdə bir araya toplanmışdır.

Bu hekayələr folklordan götürülmüşdü və beləliklə də İslama böyük təhriflər gətirmişdir.

Əgər siz telefon və ya hər hansı bir başqa yolla bir hekayənin böyük bir qrup arasında paylaşıldığı bir oyunda iştirak etmisinizsə, o zaman  hekayənin nəticədə tamamilə başqa bir forma və məzmun alacağını bilirsiniz. İndi təsəvvür edin ki, belə bir hekayə iki yüz illik bir dövrdən keçmişdir. Sizcə nəticədə nə dərəcə düzgün  bir hekayə əldə edilə bilər?

Quranın dünya möcüzələrinin möcüzəsi olmasını hesab etmək  başqa sahələrdə də rast gəldiyimiz mübaliğə kimi qəbul edilə bilər.

Quranın yaratdığı suallar onun verdiyi cavablardan daha çoxdur.

Quran həqiqətən də  ilahi qüvvəyə sahib üstün ədəbiyyat nümunəsidirmi, yoxsa o, iddia etdiyi  şöhrət yüksəkliyinə çatmır?

Həqiqətən onun mətnlərində heç bir ədəbiyyat nümunəsinə xas olmayan gözəllik mövcuddurmu? Bu dinləyicinin qərarına buraxılmalı bir fikirdir, çünki çoxsaylı klassik ədəbiyyat nümunələri var və onların bəzilərindən də Quran öz mənbəyini götürür.

Heç kim üçün ikinci sayılmamalı olan bu kitabın tez –tez əlaqəsiz mətnlərinin olduğu  və yaxşı redaktə edilmədiyi hesab edilir və bir çox hallarda onun həqiqiliyinə və orijinallığına şübhə ilə yanaşanların tənqidinə məruz qalır.

Bu dinə itaət edənlər  isə kitabın məzmununa heç bir vaxt tənqidi yanaşmayaraq, onu şəksiz qəbul edirlər.

Kitabın məzmununa  şübhə ilə yanaşmaq Allaha və onun Peyğəmbərinə şübhə ilə yanaşmaq kimi qəbul edilir və bu Müsəlmanlar üçün yol verilməzdir. Çünki onlar bunu  əbədi zülmlərlə nəticələnən xəyanət kimi qəbul edirlər

Siz deyə bilərsiniz ki, Quranın İslamın bütün dəyişmə dövrlərindən keçərək günümüzə gəlib çatması möcüzədir, amma mən hesab edirəm ki, ortada olan bütün dəlillərə baxmayaraq, bu mətnlərin ilahi göndəriş olmasına inanmaq möcüzə tələb edir.  

Yekun olaraq qeyd etmək istəyirəm ki, mənim Quran haqda başqa şərhim yoxdur. Ümid edirəm ki, öz sözlərim və fikirlərimlə Müsəlman dostlarıma hörmətsizlik göstərmədim.  

Bunu etmək doğrudan da çətindir , çünki din şəxsi inanca çevriləndə həmin dinə qarşı yaranmış hər hansı sual və ya şübhə bu dinin daşıyıcıları tərəfindən təhlükə və  düşmənçilik kimi qəbul edilir.

Əgər sizin müqəddəs etdiyiniz kitab haqqında dediklərim sizdə şübhə yerinə qəzəbinizin yaranmasına səbəb oldusa, sizdən məni əfv etməyinizi xahiş edirəm.

Yenə də qeyd edirəm ki, mənim məqsədim təhqir etmək deyil, məqsədim sadəcə həqiqəti müdafiə etmək və onun apardığı yolu izləməkdir.

Əlavə məlumat üçün  bu bloqu yaradarkən mənim də mənbə olaraq istifadə etdiyim  Cey Smit tərəfindən yazılmış məqalələrə nəzər yetirə bilərsiniz.

 

 

Tanrıyla necə münasibət qurmaq lazımdır

Müsəlmanlar və İslam mənbələri

Isa və İslam

Is the Qur’an sacred?

Leave a Reply