Tanrıyla necə əlaqə yaratmaq

İncil bizə öyrədir ki, Tanrı bəşəriyyət də daxil olmaq bütün varlıqların  yaradıcısıdır və Tanrı mükəmməl və xeyirxah olsa da, bəşər övladı belə deyildir. Tanrı insana azad mənəviyyat bəxş etmişdir ki, o yaxşı ilə pis arasında seçim edə bilsin. Tanrının müqəddəs kitabı İncildə Tanrı özü haqqında həqiqətləri insanlara bəyan edir; bizim hamımızın günaha batdığımızı və onun dərgahında nüfuzdan düşdüyümüzü bizə aşkar edir.

Qanunların mənəvi əsasını təşkil edən bəzi  ehkamları burada qeyd edərsəm əgər, hər birimizin müəyyən qədər bu Tanrının qanunlarını pozduğunu anlamış olarıq. Günah başqa tanrılara itaət etməklə Tanrıya qarşı çıxmaq, yaxud Tanrının adından düzgün istifadə etməmək və Tanrını bütün qəlbimizlə sevməməkdir. Bu qanunlarının pozulmasına valideynlərimizə hörmətsizlik, nifrətə bərabər olan  adam öldürmək, həqiqi zina etməyə bərabər olan gözlərimizlə zina etmək, oğurluq etmək, qonşumuzun əleyhinə yalandan şahidlik etmək, başqa bir insanın mülkiyyətinə və ya arvadına göz dikmək daxildir.

Bu qanunların pozulması bizim əbədi olaraq Tanrımızdan uzaqlaşmağımıza səbəb olmuşdur. Başqa sözlə, biz artıq itmiş ruhlarıq, çünki o, özü müqəddəs olduğu üçün biz günahkarlarla bir yerdə olmağına yol verməyəcəkdir. Günah Tanrının qəzəbinə və məzəmmətinə yalnız bu dünyada deyil, axirətdə də səbəb olacaqdır. İncildə bu yer alovları heç bir zaman sönməyən, böyük əzabların verildiyi yer kimi təsvir edilir.

Bu məqamda bizim taleyimiz ümidsiz görünür, lakin bizim üçün xoş xəbər Tanrının günahsız Məsihi bizə göndərməsidir. Onun missiyası insanları Tanrının qarşısında müdafiə etmək idi və o, öz fiziki həyatını bizim ruhlarımızı qurtarmaq üçün qurban verərək, ilahi ədaləti bərqərar etmiş oldu.

O, yalnıza bəşəriyyətin Tanrıyla sülh məqamına yetişməsi üçün həyatını qurban vermədi, O həm də ölü ikən dirilərək, yanımıza qayıtdı və Ona iman gətirənləri öz yanında gözləyir. Və biz dünyamızı dəyişərkən, bədənimiz öləcək, ruhumuz isə Onun yanında olacaqdır və bu da İncil-də təsvir edilən əbədi həyat olacaqdır.

Biz İsa Məsihə səmimi qəlbdən iman gətirdiyimiz etiraf edərkən  və onu bizim günahlarımızı təmizləyən və Tanrıyla bizim aramızda sülh yaradan Xilaskarımız kimi qəbul edərkən, bütün bu qorxular yox olur. Buraya həmçinin Onu öz Tanrımız kimi qəbul etməyimiz də daxildir, çünki biz artıq ona itaət edirik.

Biz İsa Məsihi qəbul edərkən, O bizə Müqəddəs Ruhla cənnətin bir parçasını gətirir və iman gətirənlər öz ürəklərində Tanrı üçün yaşamaq niyyətini daşıyır.

Bu keçid baptizm adlanan xaç suyuna salınma mərasimi ilə qeyd edilir. Bu mərasim sudan qəbirə qoyulmağa bənzəyir. Bu hal Tanrını daxilən dərk etməklə qeyd edilir və  ruhun transformasiyası yolu ilə insanın yenilənməsinin nişanəsinə çevrilir.

Bütün bu proses kiçik bir dəyişiklik kimi görünə bilər, lakin bu mərasim özündə dərin anlam və önəm daşıyır. İsa Məsih “Yorğun və əzablı olanlar, mənə gəlin və mən sizə rahatlıq bəxş edəcəyəm” deyərək, sizi dəvət edir. Mənim yükümü götürün və məndən öyrənin, mən itaətkaram, sizin də ruhlarınız mənimlə rahatlığa qovuşacaq. Çünki, mənim yüküm yüngüldür.

Mənim dostum, əgər bu gün sən Onun səsinin səni çağırdığını hiss edirsənsə, qəlbini  bağlama, əksinə qəlbini sevgi ilə yumşalt və həyatını öz ruhunun Yönləndiricisinə təslim et. O səni sevir və sənə bütün anlamlardan daha yüksək əmin-amanlıq və ifadə edilə bilməyən sevgi bəxş edəcəkdir. Bu o demək deyil ki, sənin həyatında heç vaxt keşməkeşli anlar olmayacaqdır, bu o deməkdir ki, O bizi heç bir halda və heç bir vaxt tərk etməyəcəkdir.

Yekun olaraq, səni Ona ibadət etməyə çağırıram ki, O  özünü sənə həqiqətən və hiss ediləcək həddə aşkar etsin ki, sən Ona iman gətirəsən. Sən bunu səmimi qəlbdən edərsən əgər, heç bir zaman yanılmayacaq və məyus olmayaqsan, çünki biz məcazi mənada Tanrını duya və görə bilirik. Amin.

 

 

Mənim İsa Məsih haqqında şəxsi etirafım

How to know God

Leave a Reply