Kəbə müqəddəsdirmi?

Ərəb cəmiyyəti İslam dininə görə yeganə həqiqi Tanrı olaraq Allaha sitayiş etsə də özünü politeist (çox tanrılı) keçmişindən tamamilə təcrid etməmişdir.

Məkkə şəhərində kub formasında olan bina olan Kəbə İslam dininə görə ən müqəddəs yerdir, amma İslam dinindən öncə bu yer bütpərəstlərin səcdəgahı olmuşdur.

Bu binanın təməl daşı səmadan yerə düşən qara meteorit hesab edilir və onun qaralığı bəşər övladının günahlarının qaranlığı ilə müqayisə edilir. Hal hazırda, Müsəlmanlar ehtiram əlaməti və ya Həcc səfəri zamanı ibadət rəmzi olaraq bu daşı öpürlər.

Ərəblərin İslama qədərki dini mədəniyyətlərində daşlara ibadət yer almışdır və onlar bu qara daşlara səcdəsi mərasimlərinin bir hissəsini təşkil etmişdir.

Ərəblər daşlara səcdə etmişlər və onların qəbilələrinin hər birinin öz Kəbə səcdəgahı və orada onların səcdə etdikləri qara daş olmuşdur.

Kəbəyə aid mərasimlərdən biri səcdəgahı əhatə etmək və onun ətrafında dövr etməkdir. Bu bütpərəst ayinlərin əsasında səma cisimləri olan ay, günəş və ulduzlara sitayiş dayanır. Bu ayinlərin əsasında həmçinin qədim ərəb qəbilələrinin daşları ilahi qüvvələrin olduğu obyekt hesab etmələri dayanır. Bu daşın öpülməsi və ona toxunmaq xeyir dua almaq kimi başa düşülürdü.  

Kəbənin qara daşı ilə bağlı ay tanrısı Hübala səcdə etmək ayini də mövcuddur.

Ərəblərin bütpərəst keçmişləri ilə bağlı ayinlər sırasına Mina-da “Daş atma”, Səfa və Mərvədə “Qaçış” ayinləri vardır ki, bunlar da iki büt arasında qaçış ayininə bənzəyir. Bundan başqa qədim ərəblər öz ulu babalarını “Tərif” mərasimi ilə yad edirdilər ki, hazırda bu ayin Allaha ibadətin bir hissəsini təşkil edir.

Ərəb cəmiyyətinin monoteist dinə üz tutmuş olsa da öz bütpərəst keçmişindən tamamilə qopa bilmədiyi görünür. Ərəb cəmiyyətinin İslam dininə gətirən bu sinkretistik ayinlər, bu cəmiyyəti təmiz deyil, bir növ qarışıq bir dini inanca gətirib çıxarmışdır və bu dinin bütövlüyündə müəyyən çatların olmasının sübutlarından biri də Kəbədir.

 İslam yeganə həqiqi din olması iddialarında nə dərəcə uğurlu olmuşdur? Məlumdur ki, bu din öz strukturunu Yəhudi Xristian dinlərindən götürmüş və daxilini bütpərəst keçmişi ilə bəzəmişdir.

Bu din doğrudan da həqiqi yeganə dindir, yoxsa o müxtəlif alınma fikirlərin və dünya görüşlərinin toplusu olan yerli bir inancdır?

Siz öz bütpərəst inanclarından arınmayan bir dinə etiqad göstərmək istəyirsinizmi? Bəlkə İslam sadəcə bütpərəstliyin şəklini dəyişərək və onu yeniləyərək yeni din pərdəsi altında bəşəriyyətə təqdim etmişdir ? Bəlkə İslam pərdəsi altında gizlədilən çox tanrılığın yerinə təqdim edilən yeganə bir bütə pərəstiş inancıdır?

Bu bloqu yaradarkən, mən bu məsələ ilə bağlı bir çox mənbələri araşdırmışam və bu məlumatları toplayarkən, onların ədalətli və düzgün dəyərləndirilməsini aparmağa çalışmışam.

Mən sizdən xahiş edirəm ki, bu bloqun məzmununa ciddi nəzər yetirəsiniz və onu sadə bir gözdən salma aləti kimi qəbul etməyəsiniz. Mən sizi açıq fikirliliyinizi qoruyaraq, bu mövzu ilə bağlı şəxsi araşdırmanızı aparmağa dəvət edirəm.

Bu bloq vasitəsilə mən İslam dininə dair olan şübhələrimi irəli sürürəm, amma eyni zamanda Müsəlman və onların müqəddəs hesab etdiklərinə qarşı hər hansı qara yaxma və böhtandan uzaq durmağa çalışıram. Mən qəbul edirəm ki, mənim bir çox Müsəlman dostlarım öz Allah anlayışlarına qarşı olduqca vəfalı və səmimidirlər, mən buna görə onlara hörmət edirəm. Lakin mən yenə də onları faktiki məlumatlara əsaslanaraq öz inancları haqda düzgün qərar və nəticələrə gəlməyə çağırıram.  

Yekun olaraq demək istəyirəm ki, əgər siz Müsəlmansınızsa, dualarınızda Tanrıya İslam dininin arxasında olan həqiqətləri sizə əyan etməsi üçün yalvarmağa dəvət edirəm.

 

 

Tanrıyla necə münasibət qurmaq lazımdır

Müsəlmanlar və İslam mənbələri

Isa və İslam

Is the Ka’ba sacred?

 

Leave a Reply