Məhəmməd yalançı Peyğəmbərdirmi?

Məhəmməd yalançı peyğəmbərdirmi? Tarix boyu bir çox dinlərdə müəyyən şəxslər həqiqətə qovuşmaqda insanlarla ilahi qüvvələr arasında vasitəçi olduqları iddiasında olmuşlar. Və bizim payımıza düşən, bu halların hansılarının həqiqi və hansılarının mif və uydurma olduğunu aşkara çıxarmaqdır. İstənilən bir insan ilahi vəhylərin ona əyan olduğunu iddia edə bilər, lakin bu iddiaların doğruluğu yoxlanılmalıdır və onlar tənqid və skeptisizm süzgəcindən keçirilməlidir. Əvvəl-axır şahidliyin qüvvəsi şahidin və ya şəxsin etibarlılıq səviyyəsindən asılıdır. Əgər siz hər hansı bir şəxsi məhkəmə qarşısında etibarlı şahid qismində çıxarırsınızsa, etməli olduğunuz ilk iş həmin şəxsin səriştə səviyyəsini müəyyən etməkdir. Həmin şəxslərin şahidliyi onların etibarlılıq səviyyəsindən asılı olaraq, etibarlı hesab edilə və ya şahidlik üçün uyğun hesab edilməyə bilər.
Hesab edirəm ki, İslam adlanan dini hərəkatın əsasını qoyan şəxsin xarakterinə nəzər salmaq lazımdır.
Məhəmməd meditasiya və spiritualizmlə məşğul olan bir şəxs idi. Onun bu məşğuliyyətləri nəhayətdə onu ruhani bir varlıq ilə əlaqə yaratmasına gətirib çıxardı. Məhəmməd özü bu ruhani varlığın Cin olduğunu sanmışdı. Bu hallar ona olduqca böyük təsir göstərmişdi və O, iki dəfə özünə qəsd etməyə cəhd göstərmişi, çünki ona əyan olan vəhylərə görə insanların ona necə yanaşacağından qorxurdu. Bundan başqa, erkən İslam mənbələrində qeyd edilir ki, O, 53-cü sürəni yazarkən Şeytanın təsiri altında idi və bu da məndə onun ilahi ilhamının həqiqiliyinə dair şübhələr yaradır. Bundan başqa, həyatının sonuna az qalmış bir dövrdə Məhəmməd özü haqqında demişdir ki, haradasa bir il ərzində davam edən ovsunlanmanın təsiri altında olub və İbn İshaqın sözlərinə istinadən Məhəmməd bu dövrədə tilsimlənmişdir, Buxari isə əlavə edərək deyir ki, ovsunlanmanın təsiri altında Məhəmməd sayıqlamağa başlamışdır.
Suallar burada eləcə də onun şəxsi keyfiyyətləri və xarakteri haqqında yaranır. O, öz dini inanclarının təbliğ edilməsində lazım olan hallarda hərbi istila yolu ilə güc və zor tətbiq etmişdir. Bu din öz gücünü və təsirini saxlamaq üçün Cihad və ya “Müqəddəs Müharibə” formasını aldı və bu gün də həmin dinin arxasında dayanan budur. O, qan tökülməsi ilə başladı və bu gün də qan tökməyə davam edir. Beləliklə, bizim qarşımızda insana xas ən yüksək hiss olan sevgi deyil, insan üçün səciyyəvi olan digər mənfi xüsusiyyətlər, məhv etmə və digər insanların istismarı üzərində qurulmuş bir din dayanır.
Yalnız gücdən sui-istifadə etməsi deyil, həm də Ayşə adlı bir uşaqla nikah bağlaması və qız uşağı cinsi yetişkənliyə çatmadan, 9 yaşında olarkən, onunla artıq nikah münasibətlərinə girməsi Məhəmmədin cinsi davranışını da sual altına qoyur.
O, eləcə də poliqamiyanı caiz sayır, lakin yəqin ki, xüsusi vəhy əsasında yalnız özünə imtiyazlı haqq verərək doqquz arvada sahib olur, baxmayaraq ki, Quranın özü (Quran 4:3) bir kişiyə özünə dörddən çox arvad götürməyə qadağa qoyur. Digər məsələ Məhəmmədin Zeynəblə qalmaqallı nikahı ilə bağlıdır. Zeynəb Məhəmmədin oğulluğu olan Zeydin arvadı idi, lakin bir dəfə Məhəmməd oğulluğu olan Zeydi görmək üçün evlərinə gedəndə təsadüfən Zeynəbi yarı çılpaq vəziyyətdə görür və ona qarşı cinsi həvəsi oyanır. Məhəmməd Zeynəbi özünə arvad olaraq götürmək qərarına gəlir. Bunun üçün də Zeyd Zeynəbi boşanmalı olur. Bundan başqa, müsəlmanlara əsir götürülmüş qadınlarla nikahdan kənar və hətta bu qadınların əri hələ də sağ olduqları halda da cinsi əlaqəyə girmək icazəsi verilib. Məhəmməd öz davamçılarına Muta (Siğə) nikahı kimi tanınan fahişəliyi təcrübədən keçirməyə icazə vermişdir. Yəni müsəlman bir qadınla cinsi əlaqəyə girmək üçün ödəniş edir və onunla qısa müddətli nikah bağlayır və sonra da onu boşayır. Siğə nikahı bu günlərədək hələ də istifadə olunmaqdadır. Qadın hüquqlarının pozulmasına dair daha bir məqam Məhəmmədin zəruri olduğu hallarda qadınları yüngülcə döyməyə icazə verməsinə aiddir.

Bu məqamda, sözü gedən dinin mənəvi tarazlığı olmayan şəxs tərəfindən yaradılması qənaətinə gəlmək üçün dərin araşdırma tələb olunmur.
Tarix boyu öz məqsədləri və ideyalarını reallaşdırmaq üçün siyasi və dini platformalardan istifadə edən bir çox insan olmuşdur. Bu şəxslərin çoxunun idealları adi insan təsəvvürünə belə sığmayacaq dərəcədə insan məhvinə və soyqırımların törədilməsinə səbəb olmuşdur. Belə əməllərin təbiəti yalnız şeytani olması kimi təsvir edilə bilər. Stalin və Hitler kimi şəxslər də özlərini saxta peyğəmbərlər kimi qələmə verərək, hüdudsuz səlahiyyətləri əllərinə keçirərək, öz məkrli planlarını həyata keçirmişlər. Çox təəccüblüdür ki, insanlar əqli cəhətdən qeyri-stabil bir lider olan Hitlerin tərəfdarlarına və ardıclılarına çevrilmişlər. Bu gün biz törədilən vəhşiliklərə geri dönüb baxarkən, 20-ci əsrdə bu miqyasda hadisələrin baş verməsinə və insanların yanlış təbliğatlara inanaraq aldanmasına heyrətlənirik. Təəssüf ki, bu hal bu gün də İslamla baş verir. Bu din bəşəriyyətin və mədəniyyətin hər bir aspektinə sirayət edir. İnsanlar onun da bir gün Hitler rejimi kimi dağıdıcı gücünü göstərəcəyini dərk etməyərək, bu dinin ideyalarını dəstəkləyirlər.
Bütün dünya bu dinin pərdəsi arxasında gizlənən qəddarlığın və bəd niyyət insanların və onların dünyamızda və cəmiyyətimizdə törətdiyi mənfiliklərin şahidi oldu. İslam dünyəvi təsirə sahib olan bir dindir və o, insanlar arasında epidemiya şəklində yayılmışdır. Bir insanın şübhəli bir ilhama gələrək ilahi qüvvə ilə bağlantıda olması iddiasına görə illər boyu milərlə insan nahaq yerə əziyyət çəkir.
Siz həqiqətən də ölüm və dağıntı yolu ilə getməyə razısınızmı? Əgər siz İslam dininə ibadət edirsinizsə, mən sizi müqəddəs hesab etdiyiniz anlayışları kənara qoyub, qarşınızda olan sübutlara diqqət yetirib, Tanrıya və sizin üçün həyatını bəxş edən İsa Məsihə iman gətirməyə çağırıram.

Matta 7:15-16
15 “Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar” 16 Onları bəhrələrindən tanıyacaqsınız.

 

 

Tanrıyla necə münasibət qurmaq lazımdır

Müsəlmanlar və İslam mənbələri

Isa və İslam

Is Muhammad a false prophet?

 

 

 

Permission granted by David Woods for excerpts taken from the article on “ Muhammad and the Messiah” in the Christian Research Journal Vol.35/No.5/2012

Leave a Reply