Siz niyə Müsəlmansınız?

Siz niyə Müsəlmansınız? Siz  nə vaxtsa bu barədə düşünmüsünüzmü? Bu sizin həqiqət axtarışlarınızın nəticəsi yaxud  hər hansı bir vəhyin və ya həyat haqqında mənəvi dərkinizin  nəticəsidirmi? Siz İslam dininə Tanrıyla hər hansı xüsusi mənəvi və şəxsi bağlantı nəticəsində gəlmisinizmi?

Yoxsa sizin Müsəlman olmağınıza səbəb  bunu sizə mədəniyyətiniz və cəmiyyətiniz diktə etməsidir? Bir anlıq təsəvvür edin ki, İncilin ən geniş yayıldığı ABŞ ərazisində doğulub boya-başa çatmısınız. Bu şərtlərdə sizin İslam dinini qəbul edib, ona ibadət etmək ehtimalının nə qədər olacağını düşünürsünüz?

Bəlkə siz Müsəlmansınız, çünki sizin azad seçim etmək ixtiyarınız yoxdur və ya başqa seçim etməyiniz sizin hər şeyi itirməyiniz demək olar? Yenə də bir anlıq təsəvvür edin ki, siz hər hansı bir demokratik cəmiyyətdə dünyaya gəlmisiniz və sizə azad dini seçim etmək imkanı verilmişdir. Siz yenə də müsəlman olardınızmı?

Bəlkə sizin ailəniz sizdən Müsəlman olmağınızı gözləyir və onlar sizin dəyərləriniz və dünya görüşünüzü təyin edir?  Əgər siz öz seçimlərinizi etməyə imkan verən ailəyə mənsub olsaydınız və  həmin ailə dini etiqadınızdan asılı olmayaraq sizi qəbul etsəydi, o zaman da siz Müsəlman olmağı seçərdinizmi?

Bəlkə siz bunun ətrafınızdakı hər kəs tərəfindən qəbul edilən bir norma olduğuna görə müsəlman olmağı seçmisiniz? Əgər siz müxtəlif inancların bir yerdə mövcud olmasını qəbul edən bir mədəniyyətin bir hissəsi olsaydınız, o zaman necə olardı? Belə bir mühitdə siz İslamı yenə də qəbul edərdinizmi?

Siz dini avtoritetlərinizin və təhsil sistemlərinizin İslamın yeganə həqiqi din olduğunu iddia etdiyinə görəmi İslam dininə ibadət edirsiniz? Tanrı və yaradılış haqda başqa fəlsəfi fikirlərə sahib olan ateistik bir cəmiyyətdə   doğulduğunuzu təsəvvür edin. Siz yenə də Müsəlman olmağı seçərdinizmi?

Siz Müsəlman olmamaqdan qorxduğunuz üçün və ya bu dini qəbul etməməyin nəticələrindən ehtiyatlandığınız üçün Müsəlmansınızsa, bu qorxularla qarşılaşmayacağınızı təsəvvür edin.

İslam müəyyən  coğrafi ərazilərdə yayılan bir din kimi qəbul edilməlidirmi?

Bir insanın müəyyən dini sistemlə bağlılığı o qədər güclü ola bilərmi ki, onun bu təsirdən qurtulması mümkünsüz dərəcəyə çata bilər?

Yalnızca bizə deyilənlərə heç bir şəksiz şübhəsiz kor inancla bağlanmaq mümkündürmü?

İnsan bir mədəniyyətin çərçivəsində elə təcrid oluna bilər ki, ona heç bir xarici mənbələrdən təsir göstərilməsi mümkün olmasın?!

Sizcə bir din siyasi məqsədlərin həyata keçirilməsi üçün insanların idarə edilməsi vasitəsinə çevrilə bilərmi?

Din sizin şəxsiyyət hissinizin itirilməsinə səbəb ola bilərmi?

Siz bu bloqu nəzərdən keçirdikdən sonra bütün səmimiyyətinizlə deyə bilərsinizmi ki, sizin İslam dininə inamınız bütünlüklə özünü qoruyub saxlayıb, yoxsa qəlbinizdə şübhə toxumları cücərir? Əgər siz hələ də öz dini inanclarınızda qətisnizsə, o zaman sizin Müsəlman olmağınızdan dolayı duyduğunuz qürur hissi sizi yanlış yolda olmağa qoymayacaqdır. Bəs bu həddindən artıq əminliyiniz sizi yanlış yollara və nəticələrə gətirə biləcəyi haqda heç düşünmüsünüzmü?

Beləliklə, sizin Müsəlman olmaqda həqiqi motivasiyanız nədir? Bu  həqiqət axtarışınızın nəticəsidir, yoxsa bu sizin mədəni mühitinizin bəhrəsidir?

İslamın geniş yayılmasının əsas səbəblərindən çoxu hərbi işğallar və demoqrafik inkişaf olmuşdur. Həqiqətənmi bu dinə səmimi və düzgün yanaşmadır?

İslama qarşı şübhələri yaranmış və bu inancın məngənəsindən möcüzəvi şəkildə  özünü azadlığa çıxararaq İsa Məsihə pənah gətirən Müsəlmanlar var. Bloqumda öz qorxularını və şübhələrini dəf etməyə nail olmuş keçmiş Müsəlmanların etiraflarının qeyd edildiyi veb linki daxil etmişəm.

Yekun olaraq, sizi bu etirafları oxumağa  və daha sonra Tanrıya pənah gətirərək, İsa Məsihi sizin Əfəndiniz və Xilaskarınız kimi qəbul etməyə dəvət edirəm. Bunu etməklə cənnət qapılarının sizin üzünüzə qapanmasından qorxmayın, çünki istənilən halda sizin həmin qapılardan keçəcəyinizə heç bir təminat yoxdur.

 

 

 

Tanrıyla necə münasibət qurmaq lazımdır

 

Əlavə linklər

Müsəlmanlar və İslam mənbələri

Isa və İslam

Why are you a Muslim?

 

Leave a Reply